Putin yunanları dəstəkləyir

07/12/2018 - 23:33 12 868 0   1  

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Yunanıstandakı durumdan asılı olmayaraq yunan xalqını dəstəkləmək niyyətindədir.

Suveren.az yerli KİV-ə istinadən xəbər verir ki, Putin Rusiyanın həmişə Yunanıstanın müstəqilliyini və bu ölkədə yaşayan insanları dəstəklədiyini bildirib.

“Biz bunu bundan sonra da, yəni yunan xalqının çətin dövr yaşaması yaxud çiçəklənməsindən asılı olmayaraq edəcəyik”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Moskvada səfərdə olan Yunanıstan prezidenti rusiyalı həmkarı ilə görüşüb.