“TÜRKİYƏ BUNA İMKAN VERMƏYƏCƏK!” - ABŞ-a sərt xəbərdarlıq

17/12/2018 - 13:48 18 637 0   0  

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın indi də Fərat çayının şərq sahilində Türkiyəni sıxışdırmağa çalışacağını bildirib:

“Fərat Qalxanı əməliyyatını aparanda, Amerika bizə “et” deməmişdi. Zeytun Budağı əməliyyatını keçirdik, bizim qarşımıza çıxdı, təhdid elədi. Bəslədiyi adamlarla bizi gücdən sala biləcəyini düşündü. Beynəlxalq səviyyədə mühasirəyə almağa çalışdı. Lakin Allaha şükürlər olsun ki, Türkiyə bunun da öhdəsindən gəldi. ABŞ bizi Şimali İraqda və Afrində çərçivələməyə çalışdı. İndi də Fərat çayının şərq sahilində çərçivələməyə çalışacaq. Türkiyə o zaman da buna imkan vermədi, indi də verməyəcək”.

Daxili işlər naziri S.Soylu hazırda Pakistanın paytaxtı İslamabad şəhərində rəsmi səfərdədir.