Əri tərəfindən biabır edilən Gülnar başına gələnləri danışdı - VİDEO

04/11/2018 - 09:50 5 710 0   0  
Türkiyənin Sivas bölgəsində yaşayan 32 yaşlı İsmayıl Doğan iki ay əvvəl qohumlarının məsləhəti ilə 26 yaşlı azərbaycanlı Gülnar Daşdəmirova ilə dini kəbin kəsdirərək evlənib.
Azvision.az xəbər verir ki, Doğanın iddiasına görə, evləndikləri gündən Gülnar ondan müxtəlif səbəblərlə pul tələb edib. Rəsmi kəbin kəsdirmək istədikdə isə Daşdəmirova xəstələndiyini deyərək evi tərk edib.

Aldadıldığını iddia edən Türkiyə vətəndaşı dərhal polisə müraciət edib. Ona məlum olub ki, ailə həyatı qurduğu qadın 10 ildir başqa bir şəxslə evlidir. Bu səbəbdən Doğan məhkəməyə müraciət edib, Gülnarın ona 60 min lirə zərər vurduğunu əsas gətirərək azərbaycanlı qadın barəsində təzminat davası açıb.

Türkiyə və yerli KİV-lərdə yayılan bu xəbər geniş rezonans doğurub. 26 yaşlı Gülnar insanlar tərəfindən qınaq obyektinə çevrilib. 
 

Türkiyəli ərinin haqqında səsləndirdiyi fikirlərə aydınlıq gətirən Daşdəmirova hər şeyin deyildiyi kimi olmadığını bildirib. Gənc qadın Doğanın iddialarının yalan olduğunu, zaman-zaman təhqirə məruz qaldığı üçün ondan ayrıldığını söyləyib.

"Toydan əvvəl Doğanın işlədiyini, maddi durumunun yaxşı olduğunu demişdilər. Məni onun dinə bağlı insan olduğuna inandırmışdılar. Sivasa gəldikdən sonra deyilənlərin yalan olduğunu gördüm. Doğan heç bir işlə məşğul olmurdu, ailəsi ilə eyni evdə yaşayırdı. Mənə isə belə deməmişdilər. Onunla yaşadığım müddətdə mütəmadi olaraq təhqirlərə məruz qaldım. Yaşadığım psixoloji gərgiliyə görə ondan ayrıldım".

Gülnar evli olduğu halda ərə getməsi barədə deyilənlərə də aydınlıq gətirib: "Mən 9 il 5 ay evli olub ayrılmışam. Bunu onun özünə də demişdim. Sadəcə ondan ayrılmaq istədiyimi deyəndə məni və ailəmi təhdid etməyə başladı".