Putin buna görə Gürcüstana hücum etdi – Şok etiraf

15/04/2019 - 23:10 5 395 0   0  
Əgər 2008-ci ildə biz Gürcüstana üzvlüklə bağlı fəaliyyət planını versəydik, o zaman Rusiya bu ölkəyə hücum etməzdi.

Suveren.az xəbər verir ki, bunu Gürcüstanın “Birinci kanal”ına müsahibəsində NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. Onun sözlərinə görə, NATO 2008-ci ildə keçirdiyi Buxarest sammitində səhvə yol verdi:

“Bu, səhv idi. Mən Gürcüstan və Ukraynaya alyansa üzvlüklə bağlı fəaliyyət planının təqdim edilməsini dəstəkləyirdim, amma təəssüf ki, NATO-nun səfirləri konsensusa nail olmadılar. Bununla biz təhlükəli mesaj göndərmiş olduq. Putin və Medvedyevə göstərdik ki, NATO çox zəifdir. Bunun nəticəsində 2008-ci ildə onlar Gürcüstana hücum etdilər və Abxaziya ilə Cənubi Osetiyanı işğal etdilər. Biz Moskvaya zamanında dəqiq siqnal göndərsəydik, bu, baş verməzdi”.