Saakaşvili seçkilərin nəticələrini tanımadı

28/11/2018 - 22:31 22 066 0   0  

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı açıqlama verib.

Saakaşvili seçkilərin ikinci turunun nəticələrini tanımadığını bildirib.

O, seçkiləri qeyri-legitim adlandırıb.

Qeyd edək ki, "ekzit-poll"un nəticələrinə əsasən, Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili liderliyi qoruyur.