Çin və ABŞ arasında yeni ƏMƏKDAŞLIQ

08/02/2019 - 22:09 27 676 0   0  

Çin qapılarını ABŞ-ın üzünə daha geniş açacaq və ikinci “Bir kəmər, bir yol” forumunda iştirak üçün Birləşmiş Ştatlarla əməkdaşlıq edəcək.

Bunu Çinin Vaşinqtondakı səfiri Çuy Tyankay bəyan edib. O, Çin və ABŞ-ın dünyanın ən iri iki iqtisadiyyatına sahib ölkələr olduğunu vurğulayaraq, tərəflərin bir-birinə daha açıq olmaqla, böyük imkanlardan faydalana biləcəklərini deyib. Çin diplomatı ABŞ-ı apreldə Pekində keçiriləcək ikinci “Bir kəmər, bir yol” forumunda iştirak etməyə çağırıb və ölkəsinin bundan məmnun olacağını bildirib.

AzərTAc xatırladır ki, Çin Xalq Respublikasının sədri Si Cinpin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü ilə əlaqədar ilk beynəlxalq forum 2017-ci ilin mayında Pekində keçirilib. Növbəti forumun cari ilin aprelində yenidən Pekində təşkili planlaşdırılıb.