"Mitinqə 2800 nəfər adam gəldi" - DİN-dən AÇIQLAMA

19/01/2019 - 20:59 10 069 1   1  

Bakı Şəhər Baş Polis İdarəsi bu gün paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb.

İdarədən bildiriblər ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800-dək olan üzvü və təəssübkeşi iştirak edib.

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.