Bu qış Avropada çox "isti" olacaq: Paris üsyanı digər ölkələri də bürüdü

09/12/2018 - 10:46 9 025 0   0  

Fransada keçirilən “Sarı jiletlilər” etiraz aksiyaları Belçika və Hollandiyaya da sıçrayıb.

Suveren.az publika.az-a istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə aksiyalar təşkil edən yüzlərlə “Sarı jiletli” küşələrə axışıb. Onlar “sarı jiletli” və “qış yaxınlaşır” parnkartları açaraq Avropa İttifaqının qurumlarının yerləşdiyi binalara doğru yürüş keçiriblər. Aİ Şurasının binası yaxınlarda etirazçıları polis qarşılayıb. Etirazçılardan 50 nəfər saxlanılıb.

Hollandiyanın paytaxtı Amsterdam da etiraz aksiyalarına ev sahibliyi edib. Nümayişdə hökumətin istefası tələb edilib. 11 ayrı nöqtədə toplanan “Sarı jiletlilər”in geniş nümayiş keçirməəyə hazılaşdığı öyrənilib.

Qeyd edək ki, Fransada keçirilən aksiyalar yanacağın qiymətinin artmasına və bunun fonunda iqtisadi yaşayış şərtlərinin pisləşməsinə etiraz edirdilər.