Paşinyanın silahdaşından AŞPA-ya şok çağırış: “Kömək edin”

09/10/2018 - 23:30 21 460 1   0  

Ermənistanda siyasi böhran davam edir. Avropa Şurası Parlament Assambleyası (AŞPA) böhranın aradan qaldırılması üçün Ermənistana kömək edə bilər.

Teleqraf.com xəbər verir ki, bunun AŞPA-nın iclasında çıxış edən Ermənistan parlamentindəki “Yelk” fraksiyasının üzvü Edmon Marukyan deyib.

Onun sözlərinə görə, Ermənistanda “məxməri inqilab” baş verib, nəticədə ən kiçik parlament fraksiyasının nümayəndəsi baş nazir olub:

“Ancaq baş nazir hələlik parlamentdə üstünlüyə malik deyil. İnqilabın məqsəd və planlarını həyata keçirmək üçün ona etibar edilmir.

Digər yandan da, erkən parlament seçkilərinə hazırlaşırıq. Ciddi dəstəyimizin olmadığı mühitdə isə siyasi böhran davam edir. Baş nazir bu böhranın aradan qaldırılmasına çalışır. Hesab edirəm ki, bu işdə AŞPA Ermənistana kömək edə bilər. AŞPA-nı Ermənistan hakimiyyətini davamlı olaraq dəstəkləməyə çağırıram”.