Tehrandan bəyanat: Azərbaycan İranı dəstəklədi

03/11/2018 - 00:16 20 947 0   0  

Artıq 4 noyabrda İran neftinin idxalına embarqonu nəzərdə tutan Amerika sanksiyalarının yeni paketi qüvvəyə minir. Ancaq ötən illərdən fərqli olaraq, Birləşmiş Ştatlar bu dəfə vahid anti-İran koalisiyası toplamağı bacarmadı.

Hindistan, Çin və Avropa ölkələri Amerikanın bu təşəbbüsündən məmnun deyilər. Və təsadüfi deyil ki, Vaşinqton artıq bəzi ölkələrə, Cənubi Koreya və Yaponiya (ABŞ-ın müttəfiqləri) daxil olmaqla, İran neftini almağa müvəqqəti "icazə verdi".

Bir çox ekspertlər ABŞ prezidentinin müşaviri Con Boltonun Cənubi Qafqaza bu yaxınlardakı səfərini İranla əlaqələndirirdilər. Heç Con Bolton özü də bunu gizlətmirdi. Yerevanda o dedi ki, İranla Ermənistanın sərhədi – bu, təhlükədir. Azərbaycanda isə belə fikir səsləndi ki, İran məsələsi müzakirə edildi.

Ancaq çətin ki, Amerika Administrasiyası Bakını Tehrana qarşı kökləyə bildi. Azərbaycan Rusiyanın da iştirak etdiyi Şimal-Cənub layihəsinə ciddi investisiyalar qoyub. Bundan başqa, 30 oktyabrda İstanbulda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü keçirildi, hansında ki, üç ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilmişdi.

Və İranın özündə əmindirlər: İranla region ölkələrinin əməkdaşlığı davam edəcək. Yeri gəlmişkən, bu haqda bu gün Tehranda cümə namazı zamanı İranın nüfuzlu ruhanilərindən biri- ayətullah Məhəmməd Əli-Movahadi Kermani də bildirib.

Virtualaz.org-un Mehr agentliyinə istinadən məlumatına görə, ayətullah Kermani qeyd edib ki, "Amerika öz siyasi hədəflərinə nail olmayacaq (sanksiyaların tətbiqindən sonra – red.)".

Ayətullah Məhəmməd Əli-Movahadi Kermani deyib ki, Birləşmiş Ştatların İran üzərində qələbə haqda xəyalı heç vaxt həyata keçməyəcək. "ABŞ öz təhqir siyasətini davam etdirə bilmir, çünki hətta onların Avropa müttəfiqləri də bundan yorulublar".

Ayətullah Kermani İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İstanbulda bu yaxınlardakı üçtərəfli görüşünü də xatırladıb və qeyd edib ki, regionun bütün ölkələri, bəzilərindən başqa, İranı dəstəkləyir və ABŞ-ın sanksiyalarına qarşı çıxırlar.

O, deyib ki, İstanbul görüşündə iştirakçılar, ABŞ-ın sanksiyalar riskinə baxmayaraq, İranla əməkdaşlığı davam etdirməyə söz verdilər. Və bir daha vurğulayıb ki, ABŞ-ın arzuları heç vaxt həyata keçməyəcək.