Bakının Binəqədi rayonunda yanğın söndürüldü - FOTO, VİDEO / YENİLƏNİB

21/06/2020 - 18:02 6 040 0   0  

Binəqədi rayonunda baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xocahəsən qəsəbəsində qeydə alınan yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

***

Bakının Binəqədi rayonunda yanğın hadisəsi baş verib. 

"Report"un məlumatına görə, Xocasən qəsəbəsində taxta məmulatlarının emalı sexi yanır. 

Əraziyə Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.