General da artıq Maduronu prezident kimi tanımır

02/02/2019 - 19:07 13 009 0   0  

Venesuela Hərbi-Hava Qüvvələrinin generalı Fransisko Esteban Yanes Rodriges Xuan Quaidonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb. Suveren.az xəbər verir ki, onun müraciəti “El Nacional” qəzetində dərc edilib.

“Bu gün vətənpərvər və demokratik fəxrlə bəyan edirəm ki, Xuan Quaidonu Venesuela Bolivar Respublikasının prezidentinin vəzifələrini icra edən kimi tanıyıram”, - o, özünün videomüraciətində bildirib.

Generalın söpzlərinə görə, silahlı qüvvələrin şəxsi heyətinin 90%-i ölkənin rəsmi prezidenti Nikolas Maduronu dəstəkləmir.