Tramp İsrailin işğal etdiyi əraziləri İsrail dövlətinin bir parçası kimi tanıdı: əsrin sensasiyası baş verdi

26/03/2019 - 00:59 16 368 0   0  

ABŞ prezidenti Donald Tramp İsrailin Qolan yüksəklikləri üzərindəki suverenliyini tanıyan sənədə imza atıb.

ONA xəbər verir ki, bəyannamə İsrailin baş naziri Binyamin Netanyahunun iştirakı ilə imzalanıb.

“Bu, bir neçə onilliklər əvvəl baş verməli idi”, - Tramp belə deyib.

Onun sözlərinə görə, İsrail özünü təhlükədən qorumaq üçün 1967-ci ildən Qolan yüksəkliklərinə nəzarəti əlində saxlayır. O qeyd edib ki, indi isə İsraili İrandan və Suriyadakı terror qruplaşmalarından, eləcə də “Hizbullah”dan qorumaq lazımdır.

***

1944-cü ildən Suriyaya məxsus olan Qolan təpələri 1967-ci ildə Altıgünlük müharibə nəticəsində İsrail tərəfindən işğal edilib. 1981-ci ildə İsrail parlamenti “Qolan təpələri haqqında Qanun” qəbul edib və birtərəfli şəkildə yəhudi dövlətinin bu ərazilər üzərində suverenliyini elan edib. Bu ilhaq aktı BMT Təhlükəsizlik Şurasının 17 dekabr 1981-ci il tarixli 497-ci qətnaməsi ilə etibarsız sayılıb.

 
  • 0