Kəlbəcərin qızılı Rusiyaya daşınır - DETALLAR açıqlandı

20/05/2020 - 00:58 8 974 0   1  

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarından Rusiyaya qızıl daşınır.

Suveren.az Modern.az-a istinadən xəbər verir ki, bu fakt Rusiya və Ermənistan jurnalistlərinin birgə araşdırması zamanı ortaya çıxıb.

Belə ki, erməni əsilli Rusiya biznesmenləri Vitali Qriqoryants və Arsen Mikaleyan “Qolden Heriteyc” ASC vasitəsilə qızıl və digər qiymətli metalları Qarabağdan Rusiyaya daşıyır. Həmin şirkət 2019-cu ildə Sankt-Peterburq gömrüyündən 1,9 ton “qiymətli metalların tullantılar və lingləri, qiymətli metal tərkibli ling” qəbul edib. Həmin məhsul 7112 kodu ilə ölkəyə gətirilib. Adətən, belə məhsulun qiyməti 1 qram üçün 0,1-0,2 dollar aralığında olsa da, Ermənistandan gətirilən metal tullantısının qiyməti bundan 1000 dəfə baha – 1 qram üçün 35-40 dollar təşkil edir.

Maraqlıdır ki, bu, dünya birjalarında qızılın qiyməti ilə üst-üstə düşür. Rusiya və Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olduqları üçün onlar arasında idxal-ixrac prosesləri maksimum sadələşdirilmiş formada həyata keçirilir. Yeganə tələb məhsulun kodu və gömrük rüsumu barədə məlumatdır.    

Qarabağdan Rusiyaya qızıl daşıyan “Qolden Heriteyc” şirkəti bu daşımaları 2018-ci ci ildən başlayıb. Şirkətin 2018-ci ilin noyabrında işğal altındakı Xankəndi şəhərində qeydiyyatdan keçirildiyi də müəyyən olunub. Ermənistanın satdığı qızılının əsas istiqaməti İsveçrə, Birləşmiş Ərəb Əmirliyi və İtaliyadır. Bu ölkələrə 3,6 ton qızıl ixrac olunub. Rusiyaya ixrac olunan qızıl isə işğal altındakı Qarabağ ərazisindən daşınır. Bu zaman şirkətin qeydiyyat yerinin Azərbaycanın Xankəndi şəhəri olması Rusiya gömrüyündə də suallar doğurmayıb.

Ermənistanın Hüquqi Şəxslər Dövlət Reyestrinə daxil olan “Qolden Heriteyc”in səhmlərinin 45%-i  Vitali Qriqoryantsa, 45%-i isə Arsen Mikaelyana məxsusdur. Şirkət hələ 2017-ci ilin noybarında Kəlbəcərdə qızıl email sexinin açılışını etmişdi. Mərasimə Qarabağ separatçılarının lideri Bako Saakyan da qatılmışdı.

Paralel olaraq, Qriqoryants “ArmBiznesBank”ın direktorlar şurasının sədridir. Onun Rusiyanın Komi və Samara vilayətlərində neft zavodlarının olduğu da heç kəsə sirr deyil.

Suveren.az