Pentaqon Vaşinqton Konqress Mərkəzini xəstəxanaya çevirir

18/04/2020 - 00:32 12 688 0   0  

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtonda Washington Konqress Mərkəzini xəstəxanaya çevirmək üçün bir şirkətlə 18.600.000 dollarlıq müqavilə imzaladı.

Suveren.az "İndependent" nəşrinə istinadla bildirir ki, Pentaqondan edilən yazılı açıqlamada, Walter E Washington Konvensiya Mərkəzinin yeni tip koronavirus (Kovid-19) epidemiyası müddətində müvəqqəti olaraq xəstəxanaya çevriləcək.

Açıqlamada, Virciniyada yerləşən "Hansel Fhelps İnşaat" şirkətinin 18 milyon 600 min dollarlıq tenderi aldığı açıqlandı.

Sözügedən məbləğin 2020-ci il büdcəsinin fövqəladə hallar fondu tərəfindən ödəniləcəyi, tikinti işlərinin mayın 30-da başa çatacağı bildirildi.

  ABŞ-da "DMV bölgəsi" olaraq bilinən paytaxt Vaşinqton, Merilend və Virciniya ştatlarında Kovid-19 müsbət hadisələrinin sayı son bir həftədə 2 dəfə artaraq 20 minə çatdı.

Suveren.az