Yaqub Piriyev: Universitetlərə imtahansız qəbul bu ildən aparılacaq

23/05/2019 - 22:01 8 737 0   0  

«Ali təhsil müəssisələrinə imtahansız qəbul qaydaları əsasında həm dövlət sifarişi, həm də ödənişli ixtisaslara qəbul olunmaq mümkün olacaq».

 Bu fikiri Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev Təhsil Nazirliyində bu gün keçirilən mətbuat konfransında deyib. O, bildirib ki,yeniliklər bu ildən tətbiq olunacaq:

«Ali təhsil müəssisələrinə imtahansız qəbul qaydaları əsasında həm dövlət sifarişi, həm də ödənişli ixtisaslara qəbul olunmaq mümkün olacaq.

Subbakalavr məzun olduğu kollecdən arayış almalıdır. Şəxsin kollecdə akademik və attestat göstəriciləri nəzərə alınacaq»