“Fars imperiyası uğrunda ölənlərə şəhid deyilməz” - Politoloqdan iranlı generalın ölümünə REAKSİYA

03/01/2020 - 21:51 13 323 0   0  

“Qasım Süleymaniyə şəhid deyib vay-şüvən qoparan Azərbaycan vətəndaşları: o, elə İraq əvəzinə, gəlib Qarabağda şəhid olardı, niyə olmurdu?! Onda ona şəhid deyərdiniz. Yəqin deyəcəksiniz ki, Azərbaycan nə zaman müharibəyə başladı ki, başqaları da kömək etmədi. Azərbaycan həm də regiondakl şəraiti nəzərə alaraq müharibəyə başlaya bilmir, çünki savaş başlasa Ermənistana kömək edəcək, bizə arxadan zərbə vuracaq ilk dövlət İrandır”.

Suveren.az xəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova deyib.

O xatırladıb ki, İran Qarabağda “Gövhər ağa” məscidini təmir edib mədəniyyət mərkəzi açır, eyni zamanda İran vətəndaşları Qarabağa və İrəvana tacir və turist kimi gedir:

“İşğal altındakı ərazilərimizdəki qəbirstanlıqların mərmər baş daşlarını əsirlərimizə sökdürən ermənilərdən alan İran vətəndaşları olub. Bir müsəlmanın baş daşını ermənidən alana nə ad vermək olar?! Qulağının dibində Qarabağda müsəlmanla xristiyan etməninin savaşı gedəndə o islam təəssübkeşi İran və onun qüdrətli ordusu harada idi?! Ermənilər Afrikadan belə üstümüzə muzdlu gətirəndə, Qarabağda müsəlmanlara edilən zülm ərşə qalxanda İran nə etdi?! Bunu unutmadıq! Bizim üçün bu müharibədə nə sionist, nə şəhid var, haqq və nahaq var. Dünya iki yerə bölünür: haqqlıya və haqsıza. Öz torpağı ilə başqa torpağı uğrunda ölənin fərqi var, fars imperiyası qurmaq uğrunda ölənlərə şəhid deyilməz. İran islamın müdafiəsi adı altında İraq, Yəmən, Livan, Suriyada ordu yerləşdirincə, bu ölkələrin müstəqil şəkildə güclənməsinə və ABŞ, İsrail, Səudiyyə işğalçılarına qarşı dayanmasına yardım edə bilərdi. Əks halda bu, Yaxın Şərqdə iki işğalçının - ABŞ və İranın güc uğrunda savaşı olur, buna ideoloji don geyindirmək lazım deyil. Allah bütün dünyanı 2020-də nahaq qanların tökülməsindən qorusun! Ən böyük duamız budur!”.(Cebhe.info)