Daha bir icra başçısı yerindən tərpənib sakinlərlə görüşə gəldi – FOTOLAR

21/12/2019 - 00:49 13 600 0   0  

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovun  Aşağı Quşçu kənd sakinləri ilə görüşüb. 

Suveren.az demokrat.az-a istinadən xəbər verir ki, görüşdə İH başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. İcra başçısı çıxışından sonra kənd sakinləri müxtəlif xarakterli təklif və tənqidi yadda qalıbalr. Onlar, kəndin mərkəzi küçəsinin asfaltlanması, məktəb binasının əsaslı təmir olunmasına görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirərək suvarma və içməli su, mənzil növbəsi, yol, təbii qaz, ev təminatı, ev təmiri, küçələrin abadlaşdırılması, suvarma arxının təmizlənməsi, subartezian quyusunun qazılması və başqa mürəciətlər etmişlər.

Görüşdə səslənən fikirlərlə bağlı ətraflı müzakirələr aparılmış, müraciətlərin araşdırılması və qanunauyğun tədbirlər görülməsi barədə aidiyyətı üzrə tapşırıqlar verib.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov Tovuz rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılmasından danışaraq, görülən işlərin davam etdiriləcəyini bildirib.

Xatırladaq ki, ölkə başçısı İlham Əliyev öz çıxışlarında məmurları, o cümlədən icra başçılarını xalqın yanında olmağa çağırıb. Eyni zamanda, onların problemləri ilə yaxından tanış olmağı və qısa zamanda həll olunmasını dəfələrlə vurğulamışdır. İcra başçılarına səlahiyyətlərindən sui-istifadə etməməyi ciddi şəkildə tapşırmışdır.