30 yaşlı qadın intihara cəhd etdi - Eyni vaxtda 60 dərman içdi...

19/11/2019 - 11:25 15 787 0   0  

Gəncədə qadının dərmandan zəhərlənməsi ilə bağlı detallar üzə çıxıb.

Lent.az -ın əldə etdiyi məlumata görə, 30 yaşlı Bayramova Ayşən Rauf qızı maşında 60 ədəd 3 müxtəlif adlı dərman qəbul edib. Onun özünə qəsd etmək məqsədilə bu əməli törətdiyi bildirilir. Ancaq Ayşən Bayramovanın hansı səbəblə bu addımı atdığı hələ ki bəlli deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Gəncədə şəhər sakini dərmandan zəhərlənib.

APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

1989-cu il təvvəllüdlü Bayramova Ayşən Ruaf qızı huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadına tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, 30 yaşlı qadın sözügedən küçədə maşında 20 ədəd “tempalgin”, 20 ədəd “deazalin”, 20 ədəd “analgin” içib. Qadının hansı səbəbdən bu qədər dərmanı içməsi məlum deyil.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.