ŞOK: 10-cu sinif tarix kitabında “Böyük Ermənistan” xəritəsini kim yerləşdirib... - FOTOFAKT

03/06/2019 - 00:18 23 379 0   0  

10-cu siniflər üçün tarix dərsliyində Azərbaycan və Türkiyə torpaqlarının yerində dənizdən-dənizə "Böyük Ermənistan” dövlətini təsvir edən xəritə verilib.

Suveren.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə informasiya yayılıb.

Məlumata görə, Təhsil Nazirliyi heç nə olmamış kimi, bu biabırçı olayı “texniki səhv” adlandırıb. Nazirlik bununla da özünü sığortalamağa çalışıb.

Xatırladaq ki, bu Azərbaycan orta məktəbləri üçün hazırlanan tarix dərsliyində üçüncü belə bıabırçı faktdır. Bundan əvvəl aşağı sinif tarix kitabının üz vərəqində Ermənistan xəritəsi əks olunmuş, başqa bir kitabda isə bu xəritə yazının içərisinə salınmışdı. Bu baxımdan, sosial şəbəkələrdə tarix dərsliyində baş verən bu biabırçılığın təxribat olduğu istisna olunmur.

Suveren.az