Qanun pozuntularına görə 6 hakimin səlahiyyətinə xitam verildi

21/12/2018 - 21:10 12 922 0   0  

Azərbaycanda pozuntulara yol verdiklərinə görə, 6 hakimin səlahiyyətlərinə xitam verilib.

Suveren.az virtualaz.org-a istinadla bildirir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının dekabrın 21-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında məlumat verilib.

Yığıncaqda vurğulanıb ki, səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun sayılıb.