“Yandex” Azərbaycana qarşı təxribatı aradan qaldırdı - VİDEO

28/11/2018 - 22:03 10 312 0   0  

Azərbaycan mətbuatında “Yandex” şirkətinin ölkəmizə qarşı təxribat xarakterli səs yazısı ilə bağlı materiallar dərc edildikdən sonra, şirkət problemi aradan qaldırıb.

Suveren.az oxu.az-a istinadla xəbər verir ki, “Yandex” şirkətinin səsli köməkçisi sayılan “Alisa”nın azərbaycanlılarla bağlı verdiyi cavab proqramdan silinib.

“Yandex” şirkətinin səsli köməkçisi sayılan “Alisa”nın azərbaycanlılarla bağlı verdiyi cavab sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Videoda kişinin rus dilində “Azərbaycanlılar kimlərdir?” sualını səsləndirdiyi görünür.

Proqram cavab verir:

“Azərbaycan erməni, fars, gürcü və ləzgi torpaqlarında süni şəkildə yaradılmış dövlətdir. Bu dövlət bolşeviklər və Türkiyə tərəfindən ermənilərin tamamilə məhv edilməsi üçün yaradılıb. Azərbaycanlılar xalq kimi 1936-cı ildə peyda olub...”

 

Video link: https://baku.tv/az/watch/5294/