ABŞ Xaşogi cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edib

15/11/2018 - 21:20 25 069 0   0  

ABŞ Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

RİA “Novosti" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Onlar səudiyyəli jurnalist Camal Xaşogi cinayəti ilə bağlı "qara siyahı"ya düşüblər.

Beləliklə, "Maqnitski Aktı" deyilən qanun çərçivəsində tətbiq olunan sanksiyalar siyahısında Səudiyyə Ərəbistanının İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Otaybi, vəliəhd şahzadənin sabiq müşaviri Səud əl-Kahtani və onun köməkçisinin də adları var.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Xaşogi cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Xaşogi bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.