Rusiyada dəhşətli faciə: Putin təcili Kremlə qayıtdı

02/07/2019 - 23:10 35 780 0   1  

Şimal dənizində elmi-araşdırma aparan sualtı qayıqda 14 nəfərin ölümü ilə nəticələnən yanğın səbəbindən Rusiya Prezidenti Vladimir Putin Tverə səfərini təxirə salaraq, təcili Kremlə qayıdıb.

Kremldə Müdafiə naziri Sergey Şoyqu ilə görüşən Putin ondan hadisə ilə bağlı hesabat verməsini istəyib.

“Yanğında ölənlər arasında 7 nəfər 1-ci dərəcəli kapitan və 2 Rusiya Qəhrəmanı var. Heyət üzvləri həddən artıq peşəkarlardan ibarət idi. Sizdən xahiş edirəm, Şimal dənizinə gedin və baş vermiş hadisə ilə bağlı hesabat verin”, - Putin Kremldə bildirib.