Polisə hücum edən 40 nəfər saxlanıldı

09/02/2019 - 22:32 8 389 0   0  

Paytaxt Kiyevdə polis bölməsinə hücum edən 40-a yaxın insan saxlanılıb.

Bir qrup şəxs polis bölməsinin hücum edərək, qaz balonundan istifadə ediblər. Nəticədə onlar polis əməkdaşları ilə əlbəyaxa olublar.

Saxlanılanlardan qaz balonları, soyuq silah götürülüb. Faktla bağlı cinayət işi açılıb.