Azərbaycanda icra başçısı marketdə növbəyə durdu - Bu, insanlarda niyə təəccüb doğurur?

04/10/2019 - 12:04 21 120 0   0  

Sosial şəbəkələrdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun fotosu yayılıb.

Suveren.az baku.ws-ə istinadla xəbər verir ki, icra başçısı marketdə görüntülənib.

İlham İsmayılov ötən gün axşamüstü işdən çıxarkən supermarketdə alış veriş edib və növbədə dayanıb.

Bu görüntü sosial şəbəkələrdə böyük marağa səbəb olub.