İnternetdə DƏLƏDUZLUQ - Bu tələyə düşməyin! - VİDEO

03/12/2018 - 23:30 3 622 0   0  

İnternetdə paltonun real qiymətindən dəfələrlə ucuz olduğunu görən tələbə onu elə onlayn sifarişlə almaq qərarına gəlib. Ancaq pulu ödəsə də, məhsul gəlməyib və paltonu satan şirkət müştərinin hesabını bloka atıb. Maraqlı internet dələduzluğu faktı Bakıda baş verib.

Məmməd Babayev bildirir ki, məsələni ictimailəşdirməkdə əsas məqsəd digər şəxslərin də bu tələyə düşməsinə mane olmaqdır.

Onu da qeyd edək ki, haqqında danışılan səhifə instaqramdadır və vomen.maqaz adlanır. Səhifədə guya ki, alış-veriş üçün əlaqə yaratmaqdan ötrü vatsap nömrəsi də qoyulub. Elə bütün danışıqlar da məhz bu nömrə ilə aparılıb.