Tbilisi yaxınlığında güclü partlayış

01/12/2018 - 22:07 11 260 0   0  

Dekabrın 1-də Tbilisi yaxınlığındakı Diğomi yaşayış massivindəki evlərin birində güclü partlayış olub.

Suveren.az AzərTAc-a istinadən xəbər verir ki, partlayışdan iki nəfər xəsarət alıb, ikimərtəbəli evin divarları dağılıb. Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər.

Partlayışın səbəbləri hələlik məlum deyil. Hadisə yerinə dörd yanğınsöndürmə briqadası və xilasedicilər cəlb olunub.

Məlumat üçün qeyd edək ki, son iki ayda (oktyabr, noyabr) paytaxt Tbilisidə, ətraf qəsəbə və yaşayış massivlərindəki yaşayış binalarında və şəxsi evlərdə bir neçə belə partlayış olub.

Azərbaycanlıların yığcam yaşadıqları Yuxarı Poniçala qəsəbəsində baş vermiş sonuncu partlayışda bir azərbaycanlı ailənin dörd üzvü ağır xəsarətlər almış, iki nəfər isə həyatını itirmişdi.