Azərbaycan Rusiyanın təklif etdiyi qırıcılardan İMTİNA ETDİ - SƏBƏB

02/07/2019 - 22:48 34 363 0   0  

Rusiya Azərbaycana istənilən növ döyüş təyyarələrinin satışına hazır olduğunu bəyan edib. Bu barədə Rusiyada təşkil edilmiş “Army-2019” Beynəlxalq Hərbi-Texniki Forumda təmsil olunan Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasından məlumat verilib.

Təşkilat rəsmilərinin sözlərinə görə, Forum çərçivəsində Azərbaycanın Müdafiə Nazirliyinin heyəti ilə görüşlər keçirilib, təqdimatlar edilib: “Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”. Virtualaz.org-un “azeridefence.com” nəşrinə istinadən verdiyi xəbərə görə, korporasiya nümayəndələri bildiriblər ki, ötən illərdə Azərbaycana “Su-30SM” və “MiQ-35” təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib. “Army-2019” Forumunda Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, “Su-34” və “Su-35” döyüş təyyarələrinin Müdafiə Nazirliyinin heyəti üçün təqdimatı keçirilib. Rusiya tərəfi adı çəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib.

Qeyd edək ki, bundan əvvəl analoji təklifin İrəvana edildiyi bildirilirdi. Yayılan xəbərlərdə deyilirdi ki, Ermənistan 2019-cu ilin sonu - 2020-ci ilin əvvəllərində Rusiyadan Su-30 SM qırıcı təyyarəsi almağı planlaşdırır. Ermənistanın müdafiə naziri David Tonoyan da bunu təsdiqləmişdi. Qeyd olunurdu ki, ilkin razılıq üzrə birinci mərhələdə Ermənistana 4 Su-30 SM qırıcıları veriləcək, daha sonra isə onları sayı artırılacaq. Lakin bəzi rusiyalı ekspertlər bildiriblər ki, onlarda Rusiya ilə Ermənistan arasında Su-30 qırıcılarının alqı-satqısına dair müqavilə və ya ilkin razılaşma haqda məlumat yoxdur. Rusiyalı hərbi ekspert Aleksandr Perenciyev Ermənistanın 1in.am analitik portalına bildirmişdi ki, “Erebuni” aeroportu ərazisində yerləşdirilmiş Rusiyanın aviabazasının yeni silahlarla təchiz edilməsindən söhbət gedir. “Bu, alqı-satqı deyil. Yalnız Ermənistandakı Rusiya təyyarə bazasının yeni silahlarla təchiz edilməsindən söhbət gedir. Hələlik qırıcıların Ermənistana satışı haqqında danışıqlar yoxdur. Mən bilmirəm ki, bu məlumatı haradan əldə edib tirajlayırlar” - deyə A.Perenciyev deyib. 

Картинки по запросу Aleksandr Perenciyev

Ekspertin sözlərinə görə, bu cür məlumatlar Azərbaycanın əsəbi reaksiyasına səbəb olur:“Amma Su-30 qırıcıları Ermənistana verilmir, sadəcə, Rusiyanın aviabazasına gətirilir. Müdafiə nazirinin bəyanatları ilə tanışam. Bu bəyanatlar Ermənistan üçün xoş səslənir. Hamı Ermənistanın müdafiə nazirindən sitat gətirir, ona inanır. Eyni zamanda Türkiyəyə də Su-57 qırıcılarının satışı barədə danışılır. Ancaq Rusiya nə Türkiyəyə, nə Ermənistana, nə də başqalarına qırıcı satmağa hazırlaşır” - A.Perenciyev qeyd edib.

Ekspert demişdi ki, satış qadağan edilməsə də, hələlik məsələ dondurulub. “Hərçənd Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın müttəfiqidir və bu çərçivədə Ermənistana hava hücumundan müdafiə olunmaq üçün istənilən sistemlər verə bilərik. Burada hər hansı problem yoxdur. Ancaq Rusiya hücum xarakterli hərbi texnikalarını nə Azərbaycana, nə də Ermənistana çatdıracaq. Bəli, bu, hərbi-siyasi yanaşmadır” - o deyib.

Lakin Tonoyan iddia etmişdi ki, Rusiyadan dörd Su-30 SM qırıcı təyyarəsi almağı planlaşdırır. Ermənistanın ümumilikdə neçə ədəd bu təyyarədən almaq istədiyi barədə suala cavabda Tonoyan qeyd edib ki, söhbət bir eskadrilyadan - 12 təyyarədən gedir. Tonoyan bu təyyarələrin qiymətini, eləcə də Ermənistanın bazar dəyəri 300-400 milyon dollar arasında dəyişən bu tip 12 döyüş maşınının dəyərini necə ödəmək niyyətində olduğunu açıqlamayıb. Səfil durumda olan, Rusiyanın ona satdığı qazın qiymətini endirməsi üçün dəridən-qabıqdan çıxan Ermənistanın indi SU qırıcısı almaq iddiası absurd görünür. Ermənistan indiyədək Rusiyadan silah-sursat və hərbi texnikanı ya kreditlə, ya da havayı alıb. Ancaq Azərbaycana gəldikdə, Rusiya şübhəsiz ki, böyük vəsait qazanmaq üçün bu təklifi irəli sürüb. 

İrəvanla aparılan danışıqların ardınca Azərbaycana eyni təklifin edilməsi maraqlıdır. Məqsəd nədir, ölkəmizin könlünü almaq, yoxsa, satışdan böyük vəsaitlər əldə etmək?  

“Azərbaycana silah satışı ilə bağlı bir çox yerlərdən belə təkliflər gəlir, lakin Bakı daha çox ehtiyacı olan silahların alınmasına həyata keçirir”.  Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert, polkovnik Şair Ramaldanov Rusiyanın Azərbaycana yeni döyüş təyyarələrini təklif etməsinə münasibət bildirərkən deyib.

Картинки по запросу polkovnik Şair Ramaldanov

O qeyd edib ki, hazırda bu döyüş təyyarələrini almağa ciddi ehtiyacımız yoxdur:  “Bu gün Azərbaycan Ordusu kifayət qədər müasir silahlara sahibdir. Yeni silah almaq üçün geniş şəkildə götür-qoy edilməlidir. Hesab edirəm ki, hazırda Azərbaycan Ordusu üçün Su-34 və Su-35 döyüş təyyarələrinin alınmasına ehtiyac yoxdur. Ümumiyyətlə, ölkəmizə silah satışı ilə bağlı bir çox yerlərdən belə təkliflər gəlir. Lakin Azərbaycan daha çox ehtiyac olan silahların alışını həyata keçirir”. 

Hərbi ekspert gələcəkdə sözügedən döyüş təyyarələrinin alınmasının mümkün olduğunu deyib: “Azərbaycan Ordusunun gücü bu gün yetərli səviyyədədir. Lakin gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin üstünlüyünü daha da artırmaq üçün Su-34 və Su-35 döyüş təyyarələrinin alınmasını həyata keçirmək olar. Düşünürəm ki, bu döyüş təyyarələrinin qarşıdakı illərdə alınması Ordumuza yeni imkanlar qazandıra bilər”. 

Картинки по запросу Hərbi ekspert Rəşad Süleymanov

Hərbi ekspert Rəşad Süleymanov isə “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Azərbaycana Su-34 və Su-35 kimi yeni nəsil döyüş təyyarələrini təklif etməsi Moskvanın hazırkı şəraitdə Azərbaycan kimi böyük bir bazarı əldən buraxmamaq cəhdidir: “Birləşmiş Aviatikinti Korporasiyasının rəsmiləri “Army-2019” forumunda bizimlə söhbətdə bir çox maraqlı məqamlara toxundular. Hansı ki, bu barədə hələ danışmaq tezdir. Rusiya bundan əvvəl Su-30SM və MiQ-35 təyyarələrini təklif etmiş, Azərbaycan isə imtina etmişdi. Bunun bir neçə səbəbi var. Birinci, adıçəkilən təyyarələrin Azərbaycanın müharibə teatrına uyğun olmamasıdır. Bunu müdafiə naziri Zakir Həsənov da bu yaxınlarda bəyan etdi. İkincisi, Su-30SM tez-tez qəzaya uğrayan təyyarələrdəndir. Qiyməti də kifayət qədər bahadır”. 

Ekspert dedi ki, Rusiya digər tərəfdən Ermənistanla Su-30SM satışına dair müqavilə imzaladı: “Rusiya Ermənistana bu texnikanı daxili qiymətlərlə satır. Azərbaycana isə ondan ən yaxşı halda xeyli baha. İndi Azərbaycanın həm könlünü almaq, həm də üzləşdiyi maliyyə problemlərini silah satışı hesabına qapatmaq üçün yeni təkliflərlə çıxış edir. Yeni təkliflər arasında tək təyyarələr deyil, digər məhsullar da var. Su-30SM təklifini ruslar Azərbaycana hələ 2014-2015-ci illərdə etmişdilər. Məndə olan məlumata görə, Azərbaycan tərəfi bu təyyarəni fərqli AESA radarıyla istəmişdi. Eləcə də gələcəkdə bu təyyarədən Türkiyə, İsrail və digər ölkələrin istehsalı olan idarə olunan raketlərin atışı üçün sertifikasiya tələb edib. Lakin qarşı tərəf buna müsbət rəy verməmişdi. Onu da qeyd edim ki, təyyarələrə hər hansı yeni silahın inteqrasiyası zamanı istehsalçının sertifikasiyası lazım olur. Su-34 və Su-35 hazırkı şəraitdə təklifdir”. 

R.Süleymanov dedi ki, təklifin reallaşması üçün hələ bir çox prosedurlar lazımdır: “Bu gün Azərbaycana Pakistan JF-17 “Thunder” təyyarəsini, “Eurofighter” Avropa konsorsiumu “Typhoon”, İsveç “Gripen” döyüş təyyarələrini təklif edir. Alternativ olan Qərbin daha müasir və yeni texnologiyaları qoyub bu təyyarələri almaq əslində Azərbaycan Ordusunu hələ uzun illər köhnə sovet-rus texnologiyasından asılı salmaq deməkdir”./Musavat.com