PKK üzvü Almaniyada həbs edildi

06/02/2019 - 23:12 16 330 0   0  

PKK terror təşkilatının önəmli fiqurlarından olan Musa Aşoğlu Almaniyada həbs edilərək 6 il 9 ay azadlıqdan məhrum olunub.

Türkiyədə axtarışda olan və adı "qırmızı siyahı"da yer alan terrorçu 2016-cı ildə Berlində saxlanılıb. O, terror təşkilatına üzv olmaq, təşkilatı yönəltmək və "haqq yığmaq"da ittiham olunub.

Prokuror məhkəmədə Aşoğlunun 7,5 il azadlıqdan məhrum edilməsini istəyib.

Aşoğlu Hollandiya vətəndaşıdır.(teleqraf)