Tramp Şri-Lankada “138 milyon insanın öldüyünü” xəbər verdi - FOTO

21/04/2019 - 16:09 13 912 0   0  

Tramp özünün “Twitter” mikrobloqunda Şri-Lankada “138 milyon nəfərin öldüyünü” xəbər verib.

Virtualaz.org RT-yə istinadən xəbər verir ki, Şri-Lankada baş vermiş hadisələrlə bağlı başsağlığı verən Tramp səhvən “138 milyon nəfərin öldüyünü” yazıb:

“Birləşmiş Ştatlardan Şri-Lanka xalqına 138 milyon nəfərin öldüyü və daha 600 nəfərin ciddi xəsarətlər aldığı kilsələrə və otellərə dəhşətli terrorçu hecumları ilə əlaqədar ürəkdən başsağlığı verirəm. Biz kömək etməyə hazırıq!”

Bir qədər sonra Tramp bu qeydi mikrobloqundan silib.