Berkayla xanımı Ardanın restoranına getdilər

01/11/2018 - 22:36 1 477 0   0  

Müğənni Berkay həyat yoldaşı Özləm Ada Şahinlə dalaşdığı futbolçu Arda Turanın restoranından çıxarkən görüntülənib.

Suveren.az “Posta”ya istinadən xəbər verir ki, məkandan çıxarkən jurnalistləri görən Berkay sınan burnunun müalicəsinə davam etdiyini bildirib. Jurnalistlərin restoran sahiblərindən birinin Arda olduğunu söyləməsindən sonra müğənni çətin vəziyyətə düşüb. Berkay “Yemək üçün bu məkanı seçdik. Onun şərik olduğunu bilmirdim. 10 ildir gəldiyim restorandır. Mən Camalı tanıyıram və sevirəm” deyərək vəziyyətdən çıxış yolu axtarıb.

Müğənninin Ardanın restoranına getməsi isə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, Arda Turanın Özləm Ada Şahinə sataşmasından sonra Berkayla davası düşüb. Müğənninin burnunu sındıran futbolçu daha sonra ona silah çəkib. Tərəflər dava ilə bağlı məhkəməlik olublar.