Ermənilərin sevincinə biz niyə qoşulmuşuq,biz nəyə sevinirik və ya biabırçılığın buynuzu olurmu

01/04/2019 - 12:54 13 597 0   0  

Vyana görüşündən sonra Paşinyan bir neçə saat sonra başqa bir görüşdə- Avstriyanın erməni diasporası ilə görüşdə dedi ki, “inqilab baş vermədi, amma çox yaxşı görüş oldu”,yəni erməni tərəf görüşdən razı qaldı. Azərbaycan tərəf də Vyana görüşünü müsbət addım hesab edir, xüsusilə danışıqlar formatının dəyişmədiyini uğur hesab edir, sanki 25 ildə bu formatda uğurlar varmış kimi. Maraqlıdır ki,iki düşmən ölkə və ikisi də görüşdən razı qalıb, ikisi də sevinir. Ermənistan tərəfi status-kvonun dəyişməyəcəyinə, reallıqla qarşı tərəfin də barışdığına görə həqiqətən sevinc içərisindədir. Müharibə olmaycaq, atəşkəs pozulmayacaq, sülh danışıqları sonsuza qədər davam edəcək. Erməni tərəfin sevinci başa düşüləndir. Bəs, biz nəyə sevinirik?