"Əgər hökuməti vaxtında dəyişməsək, gürcü dövləti artıq olmayacaq" - Saakaşvili

30/03/2019 - 10:25 10 261 0   0  

“Gürcüstan hökumət dəyişməsə 1-2 ildən dünya xəritəsindən silinə bilər”.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın sabiq lideri Mixail Saakaşvili Tbilisi prezident kitabxanasında “Birlikdə Evimiz Gürcüstana” ictimai birliyinin təqdimat mərasiminə Skype ilə qoşulan zaman deyib.
“Əgər hökuməti vaxtında dəyişməsək, gürcü dövləti artıq olmayacaq. Biz dünyada 1 nömrəli islahatçı ölkə idik, indi isə heç yerdə təmsil olunmuruq”.
Saakaşvilinin sözlərinə görə, onun prezidentliyi zamanı ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb.
“Amma İvanişvili dövründə bu göstərici sıfıra bərabədir. Həmçinin, 1 milyon həmvətənimiz mühacirətdədir”.
Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstana rəhbərlik edib. 2014-cü ildən Gürcüstan Prokurorluğu onu "vəzifə səlahiyyətlərindən sui-istifadə"də ittiham edərək milli axtarışa verib. 2017-ci ildən siyasətçi Amsterdam şəhərində yaşayır.