Əli İnsanov yeni partiya yaradır – Ən Yeni Azərbaycan Partiyası

29/03/2019 - 16:43 11 539 0   0  

Yaxın zamanlarda Azərbaycanda yeni partiya yaranması elan olunacaq və onun başında sabiq səhiyyə naziri Əli İnsanov duracaq. 

Bu barədə News24.az-a etibarlı mənbədən məlumat verilib. Məlumata görə, partiya Ən Yeni Azərbaycan Partiyası adlanacaq. Bu Partiyada Əli İnsanova qoşulanlar arasında keçmiş millət vəkili Maksim Musayevin, Rizvan Cəbiyevin, keçmiş nazir Əli Nağıyevin, habelə Binəqədi rayonunun keçmiş icra başçısı, əslən Qərbi Azərbaycandan olan Elşad Musayev, jurnalist Əvəz Zeynallı və başqalarının olacağı gözlənilir

Maksim Musayev

Rizvan Cəbiyev

Əli Nağıyev

Əvəz Zeynallı

Məlumatda o da bildirilib ki, partiyanın ilk qurultayının mayın 28-də keçirilməsi qərara alınıb.