Kəmaləddin Heydərovun 37 hektarlıq bağı, 5 milyonluq villası

28/03/2019 - 15:31 7 972 1   0  

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qiyməti yüz milyonlarla ölçülən mülklərinin olması ilə bağlı təkzibolunmaz məlumatlar yayılmaqdadır.

Fövqəlnazirin Şağanda 37 hektar torpaq sahəsi və içərisində dəyəri 5 milyondan artıq olan villa var. Bundan əlavə, ərazidə fermer təsərrüfatı, üzüm sahəsi, müxtəlif bahalı ağac növləri, dekorativ bitkilər var. Eyni zamanda, ərazidə yüksək keyfiyyətli çaxır istehsalı sexi də qurulub. Həmin ərazidə bir hissədən digər hissəyə getmək üçün avtomobildən istifadə edirlər. Daşınmaz əmlakın satışı ilə məşğul olan mərkəzlərdən birinin verdiyi məlumata görə, Şağanda 37 hektar torpaq sahəsinin qiyməti 10-12 milyon manat civarındadır. Həmin ərazidə villanın və digər infrastrukturun qurulduğunu nəzərə alsaq, o zaman fövqəlnazirə məxsus bu mülkün qiymətinin daha yüksək olduğu bəlli olur.