Dövlət Məşğulluq Xidmətində 3 milyon manatlıq "yeyinti" aşkarlandı

27/03/2019 - 23:23 7 255 0   0  

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhərinin Nəsimi rayon Məşğulluq Mərkəzində aparılan nazarət tədbirləri nəticəsində sözügedən qurumun dövlət büdcəsindən 2 857,04 manat məbləğində vəsaitin əsassız yerə xərcləndiyi məlum olub.

"BI" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, yoxlama dövrü 01.01.16 - 01.07.18 tarixlərini əhatə edib. Məsələ Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Xatırladaq ki, ümumiyyətlə, 2018-ci ildə dövlət büdcəsindən 7 mln. manat vəsait əsassız xərclənib.