Əliyevlə görüşdə müzakirə... - Nikoldan qəribə cavab

27/03/2019 - 12:57 2 485 0   0  

Azərbaycan rəhbərliyi ilə görüşlərin başlanğıc mərhələsində hansısa konkret gündəm olmayacaq.

Bunu parlamentdə erməni deputatların suallarını cavablandırarkən Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Görüşlərin başlanğıc mərhələsində gündəm olmamalıdır. Bu, geniş məsələlər ətrafında fikir mübadiləsidir. Əvvəllər verilən bəyanatlar ətrafında müzakirələr olacaq”, – deyə o bildirib.
O, Qarabağın danışıqlar masası ətrafına qaytarılmasının əvvəlki kimi İrəvanın hədəfi olduğunu vurğulayıb.
Paşinyan İrəvanın bununla Qarabağın həlli ilə bağlı sülh danışıqları formatının dəyişdirilməsinə çalışmadığını da deyib./Axar