Azərbaycanda GÖRÜNMƏMİŞ SAXTAKARLIQ: Vəzifədə qalmaq üçün YAŞINI KİÇİLDİB

27/03/2019 - 09:56 2 692 0   0  

İslam Allahverdiyev Beyləqan rayon Məhkəməsinin əli ilə Samir Şərifovu aldatmaq qərarına gəlib

Azəbaycanda məmurların tutduqları vəzifələri qorumaq üçün müxtəlif vasitələrdən istifadə etmələri barədə illərdi ölkə mətbuatı yazır. Ölkə məmurları üçün vəzifə o qədər vaz keçilməz hala gəlib ki, onlar postlarını qorumaq üçün hətta maraqlı addımlar atmaqla rollara da girirlər.
Suveren.az AzToday.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə Beyləqan maliyyə idarəsinin müdiri İslam Allahverdiyevlə bağlı ilginc məlumat yayılıb. Həmin məlumatda qeyd edilir ki, 65 yaşı tamam olmasına az qalan İslam Allahverdiyev vəzifəsini qorumaq üçün heç kəsin ağlına gəlməyəcək addım atıb. Bu addım isə dedektiv əsərlərdə oxuduğumuz kimi yaşını kiçiltməsidi. Məlumatda yazılır ki, İslam Allahverdiyev Beyləqan rayon Məhkəməsinin “köməkliyi” ilə yaşını təxminən 3 yaş kiçildib. Yəni məhkəmə qərara gəlib ki, maliyyə idarəsi müdirinin təvəllüdü texniki səhv nəticəsində düz yazılmayıb. Məhkəmə İslam Allahverdiyevin yaxın adamlarının şahid kimi dinləyib və onun yaş təvəllüdünün düzəldilməsi ilə bağlı qərar çıxardıb. Maraqlı və möcüzəvi deyilmi?
Yəni Maliyyə idarəsi müdiri İslam Allahverdiyev təvəlüdünün səhv yazılmasını niyə indi dəyişir ki? Bu sualın cavabı isə çox məntiqlidir. Belə ki, İslam Allahverdiyevin özünü 3 yaş “kiçilt”məklə Samir Şərifovun rəhbərlik etdiyi nazirlikdə daha üç il rahat şəkildə işləməyi planlaşdırır. Ağıllı ideyadı, əhsən…
AzToday.az-a daxil olan məlumatda iddia olunur ki, İslam Allahverdiyevin vəzifədə qalmaq üçün yaşını azaltması prosesində əsas iştirakçılardan biri də Beyləqan Məhkəməsinin hakimi Nəsrulla Əliyev olub. Həmçinin, bu saxtakarlıqda Tibbi Sosial Ekspert Komisiyasınıb müdiri Malik Mahmudovun da əli olub.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.