Vuçiç: "Serbiya NATO üzvü olmaq istəmir"

25/03/2019 - 10:00 8 836 0   0  

Serbiya hərbi neytrallığı seçərək NATO üzvü olmaq istəmir. Trend-in məlumatına görə, bu sözləri bazar günü NATO-nun Yuqoslaviyaya 1999-cu ildə hücumu hadisəsinin növbəti ildönümündə deyib.

“Serbiya xalqı NATO üzvlüyü istəmir. Hərbi neytralitet bizim təbii seçimimizdir”, deyə Vuçiç bildirib.