Jurnalist Tahirə xərçəng xəstəliyinə QALİB GƏLDİ - HƏKİM TƏSDİQLƏDİ

15/03/2019 - 15:57 3 172 0   0  

Tanınmış jurnalist Tahirə Məmmədqızı xərçəng xəstəliyinə qalib gəlib. Bunu Lent.az-a açıqlamasında jurnalisti əməliyyat edən həkim Elman Əzimov bildirib. O, bildirib ki, jurnalist artıq xərçəng xəstəsi hesab edilmir:

“Tahirə hər şeyə qalib gəlmək gücündə olan xanımdır. Konkret olaraq demək olar ki, xəstəliyə qalib gəldi. Artıq öz sağlamlığına qovuşdu. Bundan sonra heç bir təhlükəsi də yoxdur. Təbabətin qayda və prinsipləri var. İnsan istənilən bir xəstəliyə düçar olanda daim həkimi ilə əlaqədə olmalıdır. Buna görə də Tahirə xanım 6 aydan ya da 1 ildən bir yoxlanışa gəlməlidir”.
Qeyd edək ki, Tahirə Məmmədqızı ginekoloji onkologiyadan əziyyət çəkirdi. Onun uşaqlıq orqanından 7 ədəd şiş götürülüb.