Azərbaycanlı milyarderlərin məşhur obyekti mühasirəyə alındı - QƏFİL BASQIN

11/03/2019 - 14:52 8 740 0   0  

Hüquq-mühafizə orqanları Rusiyanın paytaxtı Moskvada "Sadovod” bazarı və "Moskva” ticarət mərkəzində axtarışlar aparır. Bu barədə "İnterfaks”a vəziyyət barədə məlumatlı mənbə məlumat verib. 

"Reydlər gecə saat 3 radələrindən Moskvanın cənub-şərqində yerləşən "Sadovod” bazarı və "Moskva” ticarət mərkəzində aparılır. Obyektlər mərkəzi polis və Miqrasiya Polisinin əməkdaşları tərəfindən mühasirəyə alınıb”,- deyə mənbə bildirib.
Onun sözlərinə görə, reydlərə səbəb ya ötən gün paytaxt ərazisində miqrantlarla baş vermiş qarşıdurma, yaxud da bazarların ərazisində kriptovalyuta fermaların mövcudluğu ola bilər. 
Qeyd edək ki, "Sadavod” bazarı Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyevin sahib olduğu "Kiyevskaya Ploşad” şirkətinin balansındadır. MDAY (Moskva Dairəvi Avtomobil Yolu) kənarında yerləşən bazar Rusiyanın ən iri topdan-pərakəndə satış mərkəzlərindən sayılır.
Bazar 40 hektardan çox ərazini əhatə edir. Orada geyim, uşaq malları, ov-balıqçılıq ləvazimatları, turizm məhsulları, gül-çiçək, bağ-həyət ləvazimatları və s. satan səkkiz mindən çox pavilyon fəaliyyət göstərir.
"Tass” hüquq-mühafizə orqanlarına istinadən yazır ki, polis obyektlərdə aparılan operativ axtarışlardan sonra onlarla miqrantı saxlayıb. Saxlanılan şəxslər ölkədə asayişi pozmaqda və cinayət törətməkdə şübhəli bilinirlər. /qafqazinfo.az