Tanınmış xanım aparıcıya yüksək VƏZİFƏ VERİLDİ

07/03/2019 - 15:58 2 734 1   0  

Tanınmış aparıcı Şəfa Mehmanqızı yenidən mətbuat katibi təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ş.Mehmanqızı Azərbaycan Respublikasının Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Şəfa Mehmanqızı Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsində çalışıb.Ondan əvvəl 3 il yarımdan çox müddətdə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsində mütəxəssis, daha sonra şöbənin rəhbəri olub.2016-cı il yanvarın 25-də isə öz ərizəsi ilə işdən azad olunub.
Ondan daha əvvəl isə Ş.Mehmanqızı 2013-cü ilin iyun ayınadək Xəzər Televiziyasında “Bizim gün” səhər proqramının aparıcısı kimi fəaliyyət göstərib.