VENESUELA QIZILI TÜRKİYƏDƏ? – Türk şirkəti Venesueladan 900 milon dollarlıq qızıl çıxardıb

09/02/2019 - 10:26 3 367 0   0  

2017-ci ilin okyabrında Venesuelanın prezidenti Nikolas Maduro Türkiyyə səfər edib və bu ölkənin prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.

Bundan 2 ay sonra İstambulda 1 milyon dollar kapitala malik «Sardes» adlı bir firma təsis olunub. Bu, təsis sənədlərində öz əksini tapıb. «Bloomberq»in məlumatına görə, artıq 2018-ci ilin yanvarında bu firma Venesueladan 41 milyon dollar dəyərində qızıl idxal edib.

Rəsmi məlumatlardan görünür ki, son 50 ildə bu, iki ölkə arasında ilk uyğun sövdədir.
Fevral ayında qızıl tədarükü 2 dəfədən artıq çoxalıb və “Sardes” Venesueladan Türkiyəyə 100 milyon dollarlıq qızıl gətirib .

Son hadisələr zamanı, Rusiya, İran, Çinlə bir sırada, Türkiyə də Maduronu dəstəkləyib.
Amma Maduro siyasəti Venesuelanı dərin böhrana gətirib çıxardıb. «Bloomberq»in iddiasına görə, onun 6 illik idarəçiliyi dövründə ümumi daxili məhsul (ÜDM) iki dəfə azalıb, ölkədə ərzaq məhsulları və ilkin tələbat malları qıtlığı yaşanıb, 3 milyon insan isə emiqrasiya edib. Hökumət və «PDVSA» dövlət neft şirkəti borcları ödəyə bilmir.

золото золотое

Belə vəziyyətdə, Maduro mümküdür ki, qızıl satışından pul əldə etməyə çalışsın. Ancaq İngiltərə bankı Venesuela Mərkəzi bankıın ehtiyatından 1,2 milyad dollarlıq külçələrin Maduronun nümayədələrinə verilməsindən imtina edib.

Son ayda qızılın Venesueladan xaricə, o cümlədən, Rusiyaya çıxarılması barədə xəbərlər yayılır. Yanvarın sonunda KİV-lər xəbər yayıblar ki, Karakasa Rusiya təyyarələri gəlib və onlar bu ölkənin mərkəzi bankından qızıl külçələri xaricə daşıya bilərlər. Amma Rusiya Mərkəzi bankının sədri Elvira Nəbiulina bəyan edib ki, Venesuela qızıl ehtiyatını Rusiyada saxlamır.

«Bloomberq»in yazdığına görə, 2018-ci ilin noyabrında ABŞ prezidenti Donald Tramp Venesuela qızılına sanksiya tətbiq edənə qədər, «Sardes» firması Venesueladan 900 mlyon dollarlıq qızıl alıb. Agentliyin yazdığına görə, əldə olan rəsmi məlumatlar qızılın indi harada saxlanması barədə konkret təsəvvür yaratmır.

Ümumdünya qızıl şurasının (ÜQŞ) məlumatına görə, Türkiyə 2017 və 2018-ci illərdə Rusiya və Qazaxıstanla bir sırada, ən çox qızıl ehtiyatı almış ölkədir.

AzPoitika.info