Qaşıqçı cinayətilə bağlı son RƏY

07/02/2019 - 22:30 10 102 0   0  

BMT Səuriyyə Ərəbistanının Türkiyədəki səfirliyində amansızcasına qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayətilə bağlı son rəyini açıqlayıb.

Hesabata görə, Qaşıqçı cinayəti Səudiyyə yetkililəri tərəfindən öncədən planlaşdırılıb: "Səudiyyə Ərəbistanı qətl işinin araşdırılmasını ciddi şəkildə əngəlləyib".

Qeyd edək ki, Camal Qaşıqçı ötən il oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalistin konsulluq binasında qətlə yetirildiyini təsdiqləyib. İstanbul Respublika Baş Prokurorluğu Qaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Bu gün İstanbul Baş Prokurorluğu Ərəb koalisiyasında xidmət edən Əhməd Asıri və vəliəhd şahzadə Məhəmməd ibn Salmanın əmrini alan Suud Əl Kahtanı barədə saxlanılma qərarı çıxarıb.(teleqraf)