“Yaradıcı gənclər olmasa, biz itib-batarıq” - Ayaz Salayevdən ADO ilə bağlı çağırış

07/02/2019 - 14:23 2 629 0   0  

ADO teatrı maliyyə problemi ilə üzləşib. Yaranan bu problemə görə teatr yerləşdiyi məkanı itirə bilər.

Suveren.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev AzNews.az-a açıqlamasında sənət adamlarını bu teatra dəstək olmağa səsləyib. O, ADO teatrını əsl sənət nümunəsi hesab edir:
"Mən ADO-un yaşamasını istəyirəm. Bu teatr yaşamalıdır. Bilirəm ki, teatrın büdcəsi yoxdur. Mən bu teatrı dəstəkləyirəm. Mənim imkanlarım məhdudur. Əgər imkanım olsaydı, ADO-ya kömək edərdim. ADO Azərbaycan cəmiyyətinə çox şey verib. Əsl sənət nümunəsidir”.
Ayaz Salayev qeyd edib ki, ADO Azərbaycan teatrına yaradıcı gənclər gətirir: "Əgər həmin yaradıcı gənclər olmasa, biz doğrudan da itib-batarıq”.