Pompeodan şok paylaşım: Bölünmüş Türkiyə - FOTO

06/02/2019 - 12:23 2 917 0   0  

ABŞ Dövlət katibi Mayk Pompeonun Tvitter hesabında etdiyi paylaşım Türkiyədə qəzəblə qarşılanıb.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Akit” yazıb.
Pompeo Tvitter hesabında Venesuelada Xuan Quaidonun hakimiyyətini tanıyan ölkələrin xəritəsini paylaşıb. Xəritədə Quaidonu prezident kimi tanıyan ölkələr göy, digərləri isə rəngsiz göstərilib.
Lakin xəritəyə diqqətlə baxdıqda nəzərə çarpan bir məqam Türkiyə mətbuatının diqqətindən qaçmayıb. Belə ki, xəritədə Türkiyə ərazisi ikiyə bölünmüş şəkildə göstərilib.

Pompeodan şok paylaşım: Bölünmüş Türkiyə