"Bakı ən çox şöhrət qazanmış yarış məkanıdır" - "Formula 1"ın baş icraçı direktoru

05/02/2019 - 11:05 2 800 0   0  

"Azərbaycan Qran-prisi "Formula 1" təqvimində özünəməxsus yer tutur". 

"Report' xəbər verir ki, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri bu gün Bakı Şəhər Halqası ilə 2023-cü ilə qədər nəzərdə tutulan yeni müqavilənin imzalanma mərasimində deyib.
O, bildirib ki, Azərbaycan Qran Prisi özünəməxsusluğu ilə seçilir: "2018-ci il mövsümü üçün araşdırma apardıq. Bakı ən çox şöhrət qazanmış yarış məkanıdır. Bunu azarkeşlər xüsusilə vurğulayırlar. 2019-cu il bizim üçün ecaskar görünür. Yeni pilotlar, başqa yeniliklər var. İrəliyə doğru addım atarkən keçmişi də unutmamalıyıq. "Formula 1" sürətlə bağlı yarışdır. Burada güclü rəqabət təmin edilməlidir. Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq və buna çox böyük dəyər veririk".
Qeyd edək ki, yeni müqaviləyə Azərbaycan tərəfdən gənclər və idman naziri Azad Rəhimov imza atıb.