Britaniya vizası bahalaşdı

04/06/2017 - 23:30 23 458 0   1  

Bu ilin iyun ayından etibarən Böyük Britaniyaya viza verilərkən əlavə ödənişlər tələb olunacaq. 

Oxu.Az fins.az-a istinadən xəbər verir ki, bu barədə həmin ölkənin Moskvadakı konsulluğundan bildirilib.

Bundan sonra İngiltərəyə səyahət edənlərə elektron xidmətlər pullu olacaq. Bu məbləğin isə 5.48 funt-sterlinq olduğu bildirilir. 

Məlumat üçün bildirək ki, telefonla konsultasiyanın hər dəqiqəsinə görə ödəniş 1.37 funtdur.

Xidmətə görə ödənişin tələb olunmasına səbəb isə Britaniyanın miqrasiya və viza xidmətinin kommersiya tərəfdaşının dəyişməsi olub.