“Qaçqınkom”un qarşısında insident

01/02/2019 - 12:53 6 712 0   0  

Yanvarın 31-də Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin qarşısında insident qeydə alınıb.
Hadisə şahidlərinin Azpolitika.info-ya verdiyi məlumata görə, Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkün Şəhla İmranova Komitənin qarşısında səs-küy salaraq, etirazını bildirib.
Deyilənə görə, məcburi köçkün uzun müddətdir ona vəd olunan mənzili ala bilməməsinə görə belə bir addım atıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti Departamentinin direktoru İbrahim Mirzəyev “AzPolitika.info”nun sorğusuna cavab olaraq bildirib ki, müvafiq komissiyada İmranova Şəhla Barat qızının müraciəti araşdırılıb, onun evinin olmadığı təsdiq olunub. Vətəndaşa izah olunub ki, qısa zamanda evlə təmin olunacaq.